Əlaqə Arxiv
news Image
2017.10.13
11:38
| A A A
Süni gellə dodaq və sinə şişirdənlər sağalmaz xəstəliklərin astanasında-Müsahibə-FOTOLAR
Azərbaycanda ilk dəfə süni gellərin istənilən nayihədən cərrahiyyə əməliyyatsız çıxardılması reallığa çevrildi

Həcmli dodaq, dolğun yanaq, kişilərin ağlını başından alan dik sinə, göz oxşayan ayaqlar, ideal bədən quruluşu... Bütün bunlar illər öncə tək-tək hallarda rastlaşdığımız gözəllik standartları idi. Amma indi sadaladığımız görünüşü ilə diqqət cəlb edən xanımların sayı günü-gündən artır. Artıq dolğularla simalarında və bədənlərindəki qüsuru aradan qaldıran qadınlara demək olar ki, hər addımbaşı rast gəlinir. El arasında “gel”, “slikon” kimi tanınan dolğulardan istifadə edən qadınların sayı günü-gündən artır. Əvvəllər dodağına və yanağına  dolğu vasitəsilə həcm verən qadınlar əsasən orta yaşlı xanımlar idisə, indi bu cür süni vasitələrlə arzuolunan görünüşə sahib olanların arasında gənc qızlar da kifayət qədərdir. Son illərin dəbinə çevrilmiş dolğular isə biz arzu etdiyimiz görünüşə qovuşdurmaqla yanaşı, sağlamlığımızın qəniminə çevrilib. Süni gellərin fəsadlarından əziyyət çəkən insanların artıq ölkə və dünya mətbuatında tez-tez gündəmə gəlməsi, bu bəladan xilas olmaq üçün mavi ekrana çıxması da problemin kifayət qədər ciddiliyindən xəbər verir. Süni gellərin fəsadından əziyyət çəkənlər arasında dəfələrlə əməliyyat masasına uzananlar da var, məhkəmələrə üz tutanlar da... Bəs görəsən son illərin dəbinə çevrilmiş dolğulardan istifadə və fəsadlarından xilas olmaq üçün nələri bilməliyik? 
Suallarımızı Azərbaycanda və dünyada süni gellərdən cərrahi əməliyyat olmadan xilas olmağın alternativ yolunu tapan həkim-kosmetoloq Elnarə Rzayeva cavablandırdı. 


-Elnarə xanım gəlin süni gellərin fəsadlarından danışmazdan öncə oxucularımıza süni gellə, təbii gelin fərqini izzah edək...
- Ümumiyyətlə süni gellə təbii gel ayrı-ayrı preparatlardır. Təbii gelin tərkibi insan orqanizminə  uyğun olan maddədir. Tərkibi qialuron turşusudur. Hansı ki, bədənimiz o maddəni ifraz edir. Süni gel isə sintetik maddədir, rezin halına çevrilir. Digər fərq ondadır ki, təbii gellər, dolğular il ərzində sorulur. Süni gellər isə qalıcıdır, sorulmur, ziyanlıdır. Bir müddət sonra deformasiya olur. Təbii gellərlə süni gelləri qiymət də fərqləndirir. 
-Təbii gellərin qiyməti hansı həddə dəyişir? 
-260 manatdan başlayaraq 400 manatadək dəyişir. 
-Dolğulardan istifadə hansı şəraitdə həyata keçirilməlidir? 
-İndi geldən evdə də istifadə edirlər. Bəzən çox ucuz qiymətə aldıqları geli xanımlar biri-birilərinin üzərində, evdə özləri sınaqdan keçirdirlər. Halbuki, dolğudan istifadə üçün steril şəraitin olması vacibdir.
-Süni gellərin fəsadları ilə bağlı son vaxtlar şikayətlər çoxalır. Bu fəsadlar özünü hansı formada biruzə verir?
-İlk növbədə onu qeyd edim ki, süni geldən istifadə özü elə xəstəliklərə sanki bir pəncərə açmağa bənzəyir. O ki, qaldı dodaqda, yaxud digər nayihələrdə yaranan fəsadlara, bu şişmə, dodağın, üzün əyilməsi, üzdə irinləmə, 
Temperaturun artması və immun sisteminin zəifləməsi kimi simptomlardır. Süni gelin fəsadlaşması insanı cəmiyyət içərisinə çıxmağa utanacaq bir vəziyyətə salır. Vurulan gel bəzən üzdə bir nayihəyə toplanaraq şişkinlik yaradır. 
-Süni geldən bu cür ağır fəsadlaşmaya səbəb olan amil nədir?
-Çünki, süni gel orqanizmdən xaric ola bilmir. Bədənimiz nə qədər müqavimət göstərsə də, süni dolğular müdaxiləsiz bədəndən xaric olmur. Süni gellər maye halında olmur. Bu zaman iltihabi proseslər gedir. Nəticədə də bu cür fəsadlar ortaya çıxır. 
-Bu günlərdə Türkiyə mətbuatında tikintidə istifadə edilən silkondan istifadə edildiyi barədə məlumatlar yayıldı. Azərbaycanda da bu cür hallarla rastlaşırsınızmı?
-Öncə qeyd edim ki, o məlumat doğru deyildi. İnşaatda istifadə edilən slikondan insan üzərində istifadə etmək mümkünsüzdür. O sadəcə biopolimer idi. Mən Türkiyəyə gedib həmin xanımın dodağından süni geli xaric etdim. 
-Süni gellərdən fəsad nə qədər vaxtdan sonra özünü biruzə verir? 
-Vaxt müxtəlif ola bilər. Bəzən bu fəsad dərhal, bəzən isə bir, yaxud beş ildən sonra üzə çıxa bilər. 
-Süni geldən fəsadla müraciət edənlərin son ümid yeri indiyədək estetik cərrahlar idi. Amma sonralar məlum oldu ki, əslində süni gellərdən cərrahi əməliyyatlarla xilas olmaq mümkün deyil...
-Ümumiyyətlə slokonu cərrahiyyə yolu ilə xaric etmək, çıxartmaq kimi metod dünyada yoxdur. Sadəcə insanlar süni gellər fəsadlaşdıqda, ağırlaşdıqda cərrraha müraciət edilər ki, şişən nayihədə əməliyyat bəlkə köməklərinə çata. Cərrahlar dodağı kəsib kiçiltdikdən sonra bu ağırlaşmanın qarşısını qismən almış olurlar. İki aydan sonra yenidən eyni problemlər üzə çıxır.  Dodağa həcm vermək üçün istifadə edilən slikon bütün dodağa yayılır. Heç bir halda əməliyyatla bütün dodağa yayılmış slikonu kəsib götürmək mümkün olmur. Əgər dodaqdan bütünlüklə slikonu çıxartmaq istəyiriksə,o zaman dodoq kəsilib götürülməlidir. Elə insanlar var ki, 10- dəfədən çox bunun üçün əməliyyat masasına əyləşirlər. Mənə müraciət edənlərin də çoxu slikondan xilas olmaq üçün dəfələrlə əməliyyat keçirdənlərdir.  
-Siz isə süni gellərin bədəndən xaric olmasının alternativ yolunu tətbiq edirsiniz. Bu barədə zəhmət olmasa ətraflı məlumat verərdiniz.
-Mənim tətbiq etdiyim metod, yenilik, süni gellərin maye halına gətirilərək bədəndən xaric olmasını təmin edir. Bu proses iki seansdan ibarətdir. Birinci seansda biz biopolimer nayihəyə iynə yeridirik. O iynəni vurmaqda məqsədimiz rezin, jele halında olan slikonu maye, su halına çevirməkdir. Yalnız maye halına çevriləndən sonra süni gel bədəndən xaric olur. Biz iynəni, preparatı yeritdikdə bərkimiş maddə maye halına çevrilir, bədən o mayeni xaric edir.  Bu bir həftə müddət çəkir. Məqsəd odur ki, geli maye halına salaraq sidik və tərlə ifraz etməyə kömək edək. Bundan sonra dodağın ölçüsü kiçilir. Dodağın üstündə şişkinlik olduqda o da aradan qalxır. 10-15 gündən sonra isə biz fibroz toxumaları xüsusi aparatlar vasitəsilə götürürük.  Dodaqdan dolğunun çıxardılması bir müalicədir, çətin də olsa, dodağı öz təbii görünüşünə qaytarmaq mümkündür. 
-Dodaqdan fibrozun, yəni düyünlənmiş şişlərin götürülməsi necə aparılır? 
-Bu, plexr aparatı ilə aparılır. Əməliyyat ionlu qaz vasitəsilə həyata keçirilir. Bəzi həkim-kosmetoloqlar bizi dodağı yandırmaqda günahlandırırlar. Əslində isə yanıqdan söhbət gedə bilməz. İsti vurduqca irinləmiş fibroz əriyir. Bundan sonra hissiyat bərpa olunur, sallanma aradn qalxır. Nəzarət isə 6-7 ay davam edir. Bu müddətdə pasiyent iki-üç dəfə gəlir və biz ona baxış keçiririk. 
-Fibrozun əməliyyatından sonra dodaq hansı müddətə öz formasına qayıdır? 
-Bərpa prosesi 2-4 həftə ərzində başa çatır. 
-Elnarə xanım, bayaq söhbət əsnasında qeyd etdiniz ki, sizə təbii gel vurdurmaq üçün müraciət edənlər arasında gənc qızlar da var. Ümumiyyətlə təbii geldən istifadə üçün yaş həddi varmı?
-İndi qızlar çox təəssüf ki, dolğulardan istifadəyə 16 yaşdan başlayırlar. Bu ancaq ciddi qüsur olarsa məsləhətdir. Qüsur yoxdursa ümumiyyətlə mən geldən istifadəni təbii olsa belə məsləhət görmürəm. Amma pasiyentlər israr etdikdə, mən onlara 18 yaşdan sonra gellərdən istifadəni məsləhət görürəm. Bəzən çox normal görünüşə sahib olan xanımlar da həcmli dodaqların, dolğun yanaqlarına həcm vermək istəyirlər. Bunu düzgün hesab etmirəm. 
-Süni gellərin tətbiqi ilə bağlı daha hansı yalnışlıqlara yol verilir?
-Məsələn, süni gelin üzərindən təbii gel vurdurmaq olmaz. Amma bəzi kosmetoloqlar bunu edirlər. 
-Bəs bu zaman sizin metodunuzla süni geli təbii gel olduğu zaman xaric etmək mümkündürmü?
-Bəli, mümkündür. 
- Süni geli xaric etdikdən sonra təbii geldən istifadə etmək necə? 
-Bir neçə aydan sonra o da mümkündür
-Məlumdur ki, süni gellərdən bədənin digər hissələrinə də həcm vermək üçün istifadə edilir.
-Ən çox fəsad hansı nayihələrdə üzə çıxır?

-Sinədə daha böyük fəsadlara səbəb olur. Sinədə yumru-yumru şişlər əmələ gəlir.
-Heç bir cərrahi əməliyyat olmadan, iki seansla süni gellərdən birdəfəlik xilas olmağa can atan yəqin ki, çoxdur. Bu prosedur neçəyə başa gəlir?

- Bu proses 800 manata başa gəlir.

Zülfiyyə Quluyeva

Sizin Reklam Yeriniz