Əlaqə Arxiv
news Image
2017.10.13
16:00
| A A A
Yağış avtomobillərin istismar müddətini necə azaldır?Dossentdən maraqlı açıqlama

Havalar yağıntılı keçən kimi Bakının bəzi küçələri yağış sularının əsarətinə düşür. Yəqin ki, çoxunuz yağışlı havalarda küçədə suyun içərisi ilə hərəkət edən avtomobillərin birdən-birə mühərrikinin dayanması hallarının şahidi olmusunuz. Sürücülər bunu mühərrikə suyun düşməsi ilə əlaqələndirsələr də, sən demə suyun içərisində bir müddət hərəkət edən, dayanan avtomobillərin nəinki mühərriki, bir çox hissələri sıradan çıxır. Ekspertlər yağış sularının dolduğu yollarda avtomobillərin hərəkətinin onların istismar müddətinin azalmasına, vaxtından tez sıradan çıxmasına gətirib çıxardığını deyirlər. Texniki universitetin avtomobil texnikası kafedrasının dossenti Rauf Məmmədov Movqe.az-a açıqlamasında  deyib ki, avtomobilin texniki istismar müddətinə təsir edən bir sıra amillər var: “Avtomobilin istismar şəraiti deyilən bir anlayış var. İstismar şəraitinə avtomobilin sürət rejimi, yol şəraiti, yol örtüyünün keyfiyyəti və iqlim şəraiti daxildir. Havanın temperaturu, rütubətlik dərəcəsi də avtomobilə təsir göstərir.Yağış yağdıqda havada temperatur aşağı düşür, rütubətlilik dərəcəsi yüksəlir. Bu da avtomobilin texniki vəziyyətinə təsirsiz ötüşmür. Rütubətin artması korroziyaya gətib çıxardır. Avtomobildəki metal rəngli örtük korroziyaya məruz qalır. Havanın oksigeni aktivləşir. Başlayır metalı dağıtmağa. Biz buna loru dildə pas atmaq deyirik. Avtomobildə açıq hissələr var ki, plastik yağlarla yağlanır. Yağışlı havalarda həmin yağlar açıq birləşmələrdən yuyulub gedir. Bu zaman sürütünmə, yeyilmə artır. Bu yağışın avtomobil üçün yaratdığı təhlükəli məqamlarıdır”. 
Həmsöhbətimizin sözlərinə görə, leysan yağış yağanda avtomobillərin yağış sularının içərisindən hərəkət etməsi mühərrikə də ziyansız ötüşmür: “Avtomobil hazırlanarkən elə hesablanıb ki, su onun təkərinin müəyyən hissəsinə qədər qalxa bilər. Amma su artıq təkərin səviyyəsinə çatırsa bu zaman ola bilər ki, su səsboğucu vasitəsilə içəri daxil olsun. Suyun təzyiqinə görə su səsboğucu vasitəsilə mühərrikə qədər gəlib çata bilər. Birləşmə yerlərinə, kabellərə su ötürülə, kontakt pozula bilər. Bu zaman avtomobilin hərəkəti dayanır. Suyun içində avtomobillərin sönüb qalması da məhz bu amillə bağlıdır. Son model avtomobillərin çoxu elektrik avadanlığı sistemi ilə təhciz  olunub. Avtomobillərin birləşmə yerləri rezin başlıqlarladır. Birləşmə yerlərinə su düşdükdə cərəyan kəsilir”.
R. Məmmədovun sözlərinə görə, yolların vəziyyəti də avtomobillərin texniki istismar müddətinə təsir edir: “Bu isə avtomobillərin qeyri-müntəz işləmişlməsinə gətirib çıxardır. Bütün bunlar avtomobilin istismar ömrünü qısaldır”. 

Zülfiyyə QULUYEVA  

Sizin Reklam Yeriniz