news Image
2017.10.15
18:00
| A A A
Xarici KİV-lərdə Azərbaycan meyvələri və şirələri ilə bağlı reklam çarxları yerləşdiriləcək

Xarici KİV-lərdə Azərbaycan meyvələri və meyvə şirələri ilə bağlı reklam çarxları yerləşdiriləcək.Movqe.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.

Qeyd olunur ki, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə ümumilikdə 79 şirkətin iştirakı ilə 2017-ci il 23-26 yanvar tarixlərində Almaniyaının Berlin şəhərinə, 5-8 fevral tarixlərində Əfqanıstanın Kabul şəhərinə, 9-11 fevral tarixlərində Pakistanın İslamabad, Ravalpindi və Lahor şəhərlərinə, 25-28 fevral tarixlərində Qətərin Doha şəhərinə, 23-26 aprel tarixlərində Qazaxıstanın Almatı və Astana şəhərlərinə 5 ixrac missiyası həyata keçirilib.

Bundan başqa, hesabat dövrü ərzində Azərbaycan məhsullarının təbliği məqsədilə "Azərbaycan meyvələri" və "Azərbaycan meyvə şirələri" adlı reklam roliklərinin çəkilişlərinə başlanılıb. Sözügedən videoçarxların cari ilin ikinci yarısında xarici kütləvi informasiya vasitələrində yerləşdirilməsi nəzərdə tutulub.

26 fevral – 2 mart tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş "Gulfood 2017" Beynəlxalq Ərzaq Sərgisində və 19-21 mart tarixlərində Almaniyanın Düsseldorf şəhərində keçirilmiş "Prowein 2017" Beynəlxalq Şərab Sərgisində yerli şirkətlərin vahid ölkə stendi altında iştirakı təmin edilib, Bolqarıstanın "Avropa 2001" jurnalında "Made in Azerbaijan" reklamı yerləşdirilib.

trend