news Image
2017.10.16
09:45
| A A A
Bakıda yolda aparılan təmir işləri yol qəzasına səbəb olub - FOTO

Bakının Nəsimi rayonu ərazisində avtomobilin aşması ilə nəticələnən yol qəzası olub.

Movqe.az report.az-a istinadən bildirir ki, hadisə Hənifə Ələsgərov küçəsində qeydə alınıb.

1995-ci il təvəllüdlü Kamilzadə Nicat Güləhməd oğlu idarə etdiyi "90-ZX-735" dövlət qeydiyyat nişanlı "Toyota Corollo" markalı avtomobil ilə Tbilisi prospekti istiqamətində hərəkətdə olarkən yolun təmir işləri gedən hissəsini görmədiyi üçün idarəetməni itirib və avtomobil aşaraq əvvəlcə səkiyə, ardınca isə işıqfora çırpılıb.

Nəticədə sürücü xəsarət almasa da, maşın deformasiyaya uğrayıb. Yol infrastrukturuna ciddi ziyan dəyib. Aşmış avtomobil Yol Patrul Xidməti əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilib.