Əlaqə Arxiv
news Image
2017.10.17
12:38
| A A A
Xəstəxanaya kənardan anestezioloq gətirirlər-Baş anestezioloq

"Bəzi xəstəxanalarda cərrahiyyə əməliyyatı zamanı başqa xəstəxanalardan anestezioloq dəvət edilir".
Bu sözləri Movqe.az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimatoloqu Aydın Qədirov deyib. A. Qədirov bildirib ki, bu yolverilməz haldır: "Xəstənin və həkimin öz istəyi ilə kənardan anestezioloq dəvət etmək qanunsuz hərəkətdir. Bu işə belə səhlənkar yanaşmaq olmaz. Belə hallar qeydə alınan kimi həmin həkimlər işdən azad edilir. Xəstəxananın öz anestezioloqu xəstənin vəziyyəti ilə bağlı məlumatlı olur. Çünki, cərrahiyyə əməliyyatı aparılmazdan öncə xəstədən sağlamlığı ilə bağlı şikayətləri soruşulur. Peşəkar anesteziloqlar xəstənin üzünə baxan kimi onda yüksək təzyiqin olduğunu anlayırlar. İndi anesteziologiya yüksək səviyyədə inkişaf edib".

Zülfiyyə QULUYEVA  

Sizin Reklam Yeriniz