Əlaqə Arxiv
news Image
2017.10.17
12:49
| A A A
Ana ölümünün statistikası açıqlandı

Azərbaycanda 2015-ci ildə 24, 2016-cı ildə 22 ana ölümü qeydə alınıb. Movqe.az xəbər verir ki, bu məlumatı bu gün jurnalistlərə açıqlamasında Bakı Sağlamlıq Mərkəzinin Doğum şöbəsinin Reanimatologiya-anesteziologiya bölməsinin müdiri Rauf Yaradan-Quliyev deyib.  O bildirib ki, hamiləlik dövründə, doğuş zamanı və doğuşdan 42 gün sonra baş verən ölüm ana ölümü sayılır: "Ana ölümünün əsas səbəbləri qanaxmalar, hipertenziya, o cümlədən ağır preeklamsiya, eklamsiya, HEELP sindromu, sepsis və mamalıq emboliyalarıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən gündə hər bir dəqiqədən bir 1600, ildə 500000 çox ana ölümü qeydə alınır. Inkişaf etmiş ölkələrdə ana ölümünün sayı nisbətən az olur".

Bölmə müdiri deyib ki, 2014-cü ildən indiyə qədər Bakı Sağlamlıq Mərkəzində 2101 anesteziya aparılıb: "Onların 1966 və ya 93 faizi mamalıq əməliyyatları olub. Şöbədə aparılan anesteziyanın 82 faizi regional, 18 faizi endotraxeal anesteziya ilə aparılıb".

Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz