Əlaqə Arxiv
news Image
2017.10.18
12:38
| A A A
Bu il neçə mənzilə istilik veriləcək? “Azəristiliktəchizat”dan rəsmi açıqlama

Bu qış 3750 yaşayış binası yaşayış binası istiliklə təmin olunacaq. Bu barədə Movqe.az-a “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib. R. Əliyev bildirib ki, ötən il istilik almayan 50 yaşayış binası isə bu mövsümdən mərkəzləşmiş istilik şəbəkəsinə qoşularaq istiliklə təmin olunacaq: “Hansı ki, bu binalar ötən il istilik ala bilmirdilər. Qeyd edim ki, ötən il 3700 yaşayış binasına istilik verilib. 2017/2018-ci illər payız-qış mövsümündə 3750 yaşayış binası istiliklə təmin olunacaq. o cümlədən 180,0 mindən artıq mənzil istilik alacaq”.


R. Əliyev bildirib ki, bu mövsüm , 280 məktəbin, 155 uşaq bağçasının, 155 səhiyyə müəssisəsinin və 900-ə yaxın digər sosial obyektlərin istiliklə təmin olunması nəzərdə tutulubdur: “İstilik mövsümü respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində noyabrın 15-dən etibarən başlanılacaq. Mövsüm ərzində  cəmiyyətə məxsus 548 qazanxana istismar edilməsi ilə istilik təminatı həyata keçiriləcək". 
Şöbə rəisi həmçinin qeyd edib ki, bundan başqa sakinlər tərəfindən müraciətlərin operativ olaraq qəbul edilməsi, araşdırılması və zəruri tədbirlərin görülməsi məqsədi ilə “Azəristiliktəchizat” ASC tərəfindən 956 saylı “Çağrı mərkəzi” istifadəyə verilibdir: “Bu da sakinlərin ərizə və şikayətlərinin qısa müddət ərzində araşdırılaraq istehlakçıların fasiləsiz və keyfiyyətli istilik enerjisi ilə təmin olunmasına şərait yaradacaqdır. Eyni zamanda “Azəristiliktəchizat” ASC-nin azeristilik.gov.az saytı vasitəsilə də vətəndaşlar elektron ərizə ilə müraciət edərək onları maraqlandıran suallara operativ cavab ala bilərlər. Sakinlər tərəfindən istilik haqlarının ödənilməsinin asanlaşdırılması məqsədi ilə bütün abonentlər kodlaşdırılaraq Azərbaycan Respublikası Mərkəzi Bankının kütləvi ödənişlərin mərkəzləşdirilmiş idarə sistemi olan hökumət ödəniş portalına və respublikada fəaliyyət göstərən ödəniş terminalları və portallarına qoşulubdur”.
R. Əliyev bildirib ki, 2017-cı ilin təsdiq olunmuş tədbirlər planına əsasən istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunmuş, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənərək , nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib. Magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunubdur. Qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilibdir. Tədbirlər planına əsasən 538 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb, 403 odluq təmir olunub, 462 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunubdur.  1092 ədəd qazan mexaniki və kimyəvi  üsulllara təmizlənib, 20571 ədəd siyirtmə və ventil təftiş olunub, onlardan 2264 ədədi əsaslı, 7474 ədədi cari təmir olunubdur. 144 ədədi isə yenisi ilə əvəzlənibdir. Magistral və məhəllədaxili İstilik xətlərində 9855 m2 istilik örtük qatı, qazanxana və istilik məntəqələrində  15482 m2  dam örtüyü təmir edilibdir. Bundan başqa 585 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib və Na-kationit süzgəclərində 3 ton kationit  materialları dəyişdirilibdir. İstilik təchizatı sistemində  ən vacib və çətin sahələrdən birinin magistral istilik     xətləri olduğu nəzərə alınaraq 2017-2018-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülübdür. Belə ki, 1052 km istilik xətləri yuyulmuş və hidravlik  təzyiqə yoxlanılmış, 27.3 km məhəllədaxili və magistral istilik xətləri əsaslı  təmir olunmuş, 569 km istilik kəməri təmirdən sonra hidravlik təziyiqə yoxlanılıbdır”.

Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz