Əlaqə Arxiv
news Image
2017.10.19
16:19
| A A A
Cocuq Mərcanlıda yenidənqurma işlərinin ikinci mərhələsi başa çatıb

Cocuq Mərcanlıda yenidənqurma işlərinin ikinci mərhələsi başa çatıb. "Report"un Qarabağ bürosunun məlumatına görə, Cocuq Mərcanlıda ikinci mərhlədə 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binalar, poçt binası və digər zəruri infrastruktur obyektlər inşa edilib. 17 hektar ərazidə tikilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Əkin sahələrinin suvarılması üçün nasos stansiyası tikilir. Nasos stansiyasından Cocuq Mərcanlı sakinləri ilə yanaşı Füzulinin cəbhə xəttinə yaxın yaşayış məntəqlərində yaşayan sakinlər də istifadə edə biləcəklər. Stansiyanın özülundə beton konstruksiya qurulub və tikinti işləri aparılır. İki ədəd 200 kubmetrlik su anbarı inşa edilib və 2 subartezian quyusu qazılıb. 
Bundan başqa, qəsəbə ərazisində 1,75 hektarda yaşıllıq salınacaq. Qəsəbədaxili elektrik, qaz və su xətlərinin çəkilişi davam etdirilir və küçələrdə asfalt işləri başa çatmaq üzrədir.

Sizin Reklam Yeriniz