Əlaqə Arxiv
news Image
2017.10.19
16:36
| A A A
Aytən Səfərova niyə xəbərlərin əsas buraxılışına çıxmır? - AÇIQLAMA

Aytən Səfərova bir müddətdir “ATV Xəbər” proqramın əsas buraxılışında aparıcılıq etmir.
Publika.az xəbər verir ki, bununla bağlı aparıcıya suallar ünvanlanılır. Hətta bunu ATV-nin rəhbərliyində dəyişiklik olması ilə əlaqələndirirlər.
Aparıcı yayılan söz-söhbətə instaqram hesabından aydınlıq gətirib:
“Əzizlərim, hər şey öz axarı ilə gedir. Mən hələ ki “ATV Xəbər”in 15.00 və 18.00 buraxılışlarında aparıcılıq edirəm. “Vine Show” verilişi ilə əlaqədar olaraq bir müddət sonra yenidən xəbərlərin “prime-time” buraxılışlarına qayıdacağam. Nrahatlığınız, marağınız və xoş sözləriniz üçün minnətdaram”.
Qeyd edək ki, A.Səfərova həm də 106.3 FM-də “Boomerang” proqramının aparıcısıdır.

Sizin Reklam Yeriniz