Əlaqə Arxiv
news Image
2017.10.20
10:45
| A A A
Atalığının zorladığı 12 yaşlı qızın ailəsi ilə bağlı şok məlumat-Uşaqlardan biri...

Balakəndə atalığı tərəfindən zorlanaraq hamilə qalan 12 yaşlı qızın ailəsi öz yaşadıqları rayona geri qayıtmaq istəmir. Bu barədə Movqe.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. K. Ağazadə bildirib ki, ailənin həmin rayona qayıtması təhlükəlidir: "Çünki, anaya qarşı o rayonda ciddi qınaq vardı. Qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq onu hamilə qoyan Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onun da yaxınları həmin rayonda yaşayırlar. Qadının yenidən oraya qayıdıb həmin rayonda yaşaması, iş tapıb işləməsi çətindir. Ona görə də, ailə həmin rayona qayıtmaq istəmir. Bundan əlavə də, hələki atalığı tərəfindən zorlanaraq hamilə qalan qıza, ailəsinə də reablitasiya, psixoloji dəstək işləri aparılır. Ailənin bütün üzvləri himayəmizdədir. Düşünürəm ki, bu müddət ən azı bir il davam etdirilməlidir. Burada həmin uşaqların təhsil alması, sağlamlığı nəzarət altında saxlanılır, hərtərəfli dəstək göstərilir".

Söhbət əsnasında K. Ağazadə atalığının təcavüzünə məruz qalan 12 yaşlı qızın ailə üzvlərindən də danışıb. O, bildirib ki, ailədəki uşaqların biri, azyaşlıya cinsi təcavüz edən, onu hamilə qoyan kişinin öz övladıdır: "İki qız uşağı qadının birinci nikahından dünyaya gəlib. Oğlan uşağını isə qadın 12 yaşlı qızını zorlayan kişi ilə qeyri-rəsmi nikahda yaşadığı dövrdə dünyaya gətirib. Uşaqlardan biri təcavüzkar atanın doğma övladıdır. O, oğlan uşağıdır".

Qeyd edək ki, Balakəndə atalığı tərəfindən zorlanan 12 yaşlı qızın 22-23 həftəlik hamilə olduğu meydana çıxandan sonra o, Bakıya Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (ETMGİ) həkimlərinin nəzarəti altına verilmişdi. ETMGİ-nin aparıcı mütəxəssisləri sentyabrın 14-də konsilium keçirərək, hamiləliyi ananın sağlamlığının imkan verdiyi həddə qədər qorumağa qərar versələr də, sentyabrın 16-da qızın vəziyyəti qəflətən pisləşərək o qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirmişdi. Lakin bir neçə gün sonra yeni doğulmuş tələf oldu.

Xatırladaq ki, atalığı tərəfindən zorlanan yeniyetmə qızın anası onun doğma atası ilə 7 il əvvəl ayrılıb. Bundan sonra uşağın anası Elçinlə tanış olub və dini kəbin kəsdirərək birgə yaşamağa başlayıblar. Bir müddət əvvəl isə onlar kafe icarəyə götürərək birgə işləməyə başlayıblar. 12 yaşlı qızın zorlanması hadisəsi də anası kafedə işdə olarkən baş verib. Evdə heç kimin olmamasından istifadə edən Elçin Şindiyev onu zorlayıb. Bildirilir ki, C.Ş-nın 22-25 həftəlik hamilə olması o, bacısı və babası ilə birgə xəstəxanaya müraciət edərkən məlum olub. Qızın anası bildirib ki, övladının səhhətindəki problemdən şübhələndiyi üçün onu bacısı və babası ilə həkim müayinəsinə göndərib, işi olduğu üçün özü xəstəxanaya getməyib.

Zülfiyyə QULUYEVA  

Sizin Reklam Yeriniz