Əlaqə Arxiv
news Image
2017.10.20
16:55
| A A A
Sınaq və monitorinq imtahanları keçiriləcək

"Hazırda Dövlət İmtahan Mərkəzində bütün fənlər üzrə elmi-metodiki seminarlar keçirilir. Həmin seminarlarda keçirilmiş imtahanların nəticələri, gələcəkdə qəbul və buraxılış imtahanları ilə bağlı yeni modellə bağlı elmi-metodiki müzakirələr aparılır".

Movqe.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, yeni imtahan modeli ilə bağlı Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin yaratdığı müvafiq işçi qruplar mütəmadi birgə iclaslar keçirir.
 
M. Abbaszadə qeyd edib ki, bu həftənin üçüncü günü ilk belə iclas keçirilib: "Gələn həftə ekspertlər səviyyəsində müxtəlif belə iclaslar aparılacaq. Bu il X sinifdə oxuyan şagirdlər üçün sınaq imtahanlarının keçirilməsi də nəzərdə tutulub. Onlar üçün  sınaq imtahanları yalnız X sinfin proqramı çərçivəsində hazırlanacaq. Yeni imtahan modellərin tətbiqindən əvvəl bir neçə dəfə sınaq və monitorinq imtahanı keçirəcəyik ki, indi X sinifdə oxuyanların hansı səviyyədə olduğunu, onlardan XI sinifdə nəyi soruşa biləcəyimizi və bu suallara hansı səviyyədə hazırlaşdıqlarını müəyyənləşdirək".

Sizin Reklam Yeriniz