Əlaqə Arxiv
news Image
2017.10.23
10:23
| A A A
Bu sürüşmə sahələrində çatlar 2-3 sm genişlənib-Açıqlama

"Zığda, “At yalı” adalanan ərazidə- Nübar qəsəbəsində, Masazırda "Zəli gölü" adlanan ərazilərdə sürüşə sahələrindəki çatlar 2-3 sm genişlənib". Bu sözləri  Movqe.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov məlumat verib. R. Həsənov bildirib ki, sözügedən sürüşmə sahələrində aktivləşməyə son günlər aramsız yağan yağışlarsəbəb olub: "Həmin ərazilərdə torpaq qatının sürüşmə olan  hissəsində çatların ölçüsü 2-3 sm-dək genişlənib. Bu ərazilərdə sürüşmənin son günlər aktivləşməsinə təbii amillər təsir edib. Aramsız yağan yağışlar nəticəsində sürüşmə sahələrindəki torpaq qatındakı çatlar genişlənib".

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz