Əlaqə Arxiv
news Image
2017.10.23
12:49
| A A A
Rafiq Hüseynov Almaniyaya aparıldı

Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov müalicə üçün Almaniyaya aparılıb.

Movq.az  xəbər verir ki, bu barədə APA-ya Rafiq Hüseynovun xanımı Səbinə Hüseynova məlumat verib. O bildirib ki, həkimlər müayinədən sonra R. Hüseynovun səhhəti barədə açıqlama verəcəklər: "Dünən Düsseldorf şəhərindəki klinikalardan birinə gəlmişik. Hazırda həkimlər konsilium aparırlar. Mənə heç bir məlumat verilməyib, özüm də gözləyirəm ki, həkimlərin qərarı nə olacaq. Yolda problemimiz olmadı, hazırda da vəziyyəti stabildir. Nə yaxşılığa, nə pisliyə doğru dəyişiklik yoxdur".
 
Qeyd edək ki, xalq artisti Rafiq Hüseynov xərçəngdən əziyyət çəkir. O, Türkiyədə bir neçə dəfə əməliyyat olunub.  

 

Sizin Reklam Yeriniz