Əlaqə Arxiv
news Image
2017.10.25
12:48
| A A A
Buraxılış imtahanları ilə əlaqədar yeni təqvim planı təsdiqləndi

2017/2018-ci tədris ilində ümumtəhsil müəssisələrində keçiriləcək buraxılış imtahanları və yekun qiymətləndirmə (attestasiya) ilə əlaqədar yeni təqvim planı təsdiqlənib.

Movqe.az xəbər verir ki, DİM-dən APA-ya verilən məlumata görə, "Dövlət İmtahan Mərkəzinin 2017/2018-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların "Şagird-məzun" sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə  əlaqədar rayon (şəhər) təhsil şöbələri (təhsil idarələri) və ümumtəhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlər üzrə Təqvim planı" Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən təsdiq edilib.
 
Təhsil şöbələri ( təhsil idarələri)  və ümumtəhsil müəssisələrindən  xahiş olunur ki, cari tədris ilində görüləcək işlərin təqvim planında göstərilmiş tarixlər üzrə yerinə yetirilməsini və şagirdlərə aid məlumatların təqvim planında göstərilən tarixlərdə "Şagird-məzun" sisteminə daxil edilməsini təmin etsinlər.

Sizin Reklam Yeriniz