news Image
2013.03.07
13:15
| A A A
Təhsil nazirliyi TQDK-nın yuxarı sinif dərsliklərinin monitorinqinə başlamasına belə münasibət bildirdi
"Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) yuxarı sinif dərsliklərinin monitorinqini aparması bizdə narahatçılıq doğurmur. Məndə olan məlumata görə, artıq TQDK 6-cı sinif dərsliklırinin də monitorinqinə başlayıb".
Bu sözləri Mövqe.az-a açıqlamasında Təhsil nazirliyinin  Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı söyləyib. F. Şahbazlı bildirib ki, TQDK-nın monitorinqinin nəticəsi Təhsil nazirliyinə daxil olan kimi, o rəylər müəlliflərə göndərilir: "Onlar da öz rəylərini bildirirlər. Bu prosesin ibtidai sinif dərsliklərindən sonra davamlı olması, yuxarı sinif dərsliklərinin də monitorinqinin aparılması bizi qəti narahat etmir".