Əlaqə Arxiv
news Image
2013.03.07
15:42
| A A A
Miqrasiya haqqında qanuna dəyişikliklər edilib
Miqrasiya haqqında qanuna edilən dəyişikliklər ölkəyə gələn əcnəbilərə nəzarəti artırmağa daha çox imkan verəcək.

Miqrasiya haqqında qanuna dəyişiklər edilib. Miqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev bildirib ki, Əcnəbilərin qeydiyyatının sadələşdirilməsini nəzərdə tutan yeni qanunla əvvəllər qeydiyyata düşmə müddəti 24 saat idisə, indi bu müddət 3 iş gününə qədər artırılıb. 


Əvvəllər 30 gün ərzində yaşayan əcnəbilərə qeydiyyat vəsiqəsi veriləndə, orda göstərilirdi ki, əcnəbi nə qədər yaşaya bilər. 


İndi isə qeydiyyat vəsiqəsində o müddət göstərilməyəcək. Qeydiyyat vəsiqəsi vizada göstərilən müddətə veriləcək. Keçmiş SSRİ vətəndaşları Türkmənistan istisna olmaqla, Azərbaycan respublikası ərazisinə vizasız gəlirdilər. İndi isə, həmin şəxslərə verilən vəsiqənin müddəti 90 gün olacaq. 


Sizin Reklam Yeriniz