Əlaqə Arxiv
news Image
2017.10.27
14:23
| A A A
Gənclərdə zəhərli zoba daha çox rast gəlinir-Respublika Endokrinoloji Mərkəzindən açıqlama

“Azərbaycanda zəhərli zob xəstəliyinə daha daha çox gənc insanlarda rast gəlinir”. Bu sözləri Movqe.az-a açıqlamasında Respublika Endokrinoloji Mərkəzinin həkimi Nərmin İsmayılova deyib. O, bildirib ki, qanda antitellər yüksək olduqda zəhərli zob daha çox baş verir: “Əgər xəstədə antitel yüksəkdirsə deməli onda zəhərli zobun baş vermə riski daha yüksəkdir. Zəhərli zobda  müalicə məqsədilə hormon əleyhinə preparatdan, radiaktiv yodun qəbulundan istifadə olunur. Bununla qalxanvari vəzin funksiyası aşağı düşür. Ən sonda xəstəyə əməliyyat məsləhət görülür. Hormonol vaxtda, xüsusilə 18 yaşdan sonra gənclərdə zob xəstəliyinə rast gəlinir. Amma bəzən 70 yaşda da zəhərli zob aşkarlanır”. 

Zülfiyyə QULUYEVA  

Sizin Reklam Yeriniz