Əlaqə Arxiv
news Image
2017.10.27
15:36
| A A A
Nazir: Müəllimlərin işdən ayrılmadan təlimlərə cəlbi vacibdir

Müəllimlərin işdən ayrılmadan təlimlərə cəlbi vacibdir.

Movqe.az-ın Trend-ə istinadən  məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov müəllimlərin dövlət təltiflərinin təqdimetmə mərasimində çıxışı zamanı deyib.

M.Cabbarov deyib ki , bunun üçün distant ixtisasartırma proqramı hazırlanaraq tətbiq edilməlidir.
Bunun qarşıya qoyulan məqsədlərdən biri olduğunu deyən n azirin sözlərinə görə , indiyədək 150 min müəllim diaqnostik qiymətləndirmədən keçib. D iaqnostik qiymətləndirmədən keçən müəllimlərin orta aylıq əməkhaqqı 465 manat təşkil edib .

Nazirin sözlərinə görə , qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər arasında müəllimlik ixtisasını seçənlərin sayı artır . B u il 500-dən çox bal toplayan 1359 nəfər müəllimlik ixtisasını seçib.

Nazir əlavə edib ki , bu ildən başlayaraq Təhsil Nazirliyi tərəfindən mərkəzləşdiirlmişmüsabiqə yolu ilə yeni işə qəbul edilən müəllimlər də diaqnostik qiymətləndirmədən keçirilən müəllimlərə bərabər tutulub. O nların əmək haqqısı gələn ildən artırılacaq:"Bu il 49 min müəllim içə qəbul olmaq üçün mərkəzləşdirilmiş imtahanlarda iştirak edib. Bu da son illərlə müqayisədə 3 dəfə çoxdur. Müsabiqə nəticəsində 5600-dən çox müəllim daimi işə qəbul edilib".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Sizin Reklam Yeriniz