Əlaqə Arxiv
news Image
2017.10.29
21:45
| A A A
Xızıda partlamamış hərbi sursat aşkarlanıb

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

ANAMA-dan Movqe.az-a verilən məlumata görə, 110 ədəd partlamamış hərbi sursat (PHS), 45 ədəd partlamış-yanmış mərmi qalıqları və 1000 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 754 350 kv.m (75.44 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 57 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 14 ferma ərazisinə, 41 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xəttinə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərinin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığında yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib, 13 779 ədəd partlamamış hərbi sursat (PHS), 5 932 ədəd partlamış-yanmış sursat qalıqları və 54 659 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 56 438 008 kv.m (5 644 ha) ərazi yoxlanılıb.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Sizin Reklam Yeriniz