Əlaqə Arxiv
news Image
2017.10.31
11:45
| A A A
Bu virusa görə xəstəxanalarda palatalar ayrıldı-Nazir əmr verdi-ÖZƏL

Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə xəstəxanalarda qrip və kəskin respirator virus infeksiyalarına yoluxmuş xəstələrin hospitalizasiyası üçün palatalar ayrılıb. Bu barədə Movqe.az-a Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva məlumat verib. A. Əliyeva bildirib ki, Səhiyyə nazirinin 2017-2018-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji nəzarətin gücləndirilməsi ilə bağlı verdiyi əmrlə bir neçə xəstəxanada artıq palatalar ayrılıb: “Kliniki Tibbi Mərkəzdə, Ağciyər Xəstəlikləri İnstitutunda, 1 saylı Uşaq Polikilinikasında, eləcə də, mərkəzi rayon xəstəxanalarının şöbələrində müvafiq palatalar ayrılıb. Amma hələki ölkədə qrip infeksiyası aşkarlanmayıb. Laborator müayinələr zamanı da hələki qrip infeksiyası təsdiqlənməyib. Ölkədə 9 ayın nəticələrinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə kəskin respirator xəstəliklər 11 faiz azalıb. Ötən ilin oktyabr ayı ilə müqayisədə isə vəziyyət eynidir”. 
A. Əliyeva bildirib ki, nazir payız-qış mövsümünün başlanması ilə əlaqədar səhiyyə  təhsil müəssisələrində qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin görülməsi üçün tapşırıqlar verib, monitorinqin gücləndirilməsini tapşırıb. 

Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz