Əlaqə Arxiv
news Image
2013.03.11
10:50
| A A A
Anar Tahirov: Bu gün Azərbaycan gəncliyinin səhv buraxmağa haqqı yoxdur

Bu gün Azərbaycan gəncliyinin səhv buraxmağa haqqı yoxdur. Bunu gələcək nəsillər bizə bağıslamaz. Bu barədə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov Trend-ə bazar günü bir qrup gəncin keçirdiyi icazəsiz aksiyaya münasibət bildirərkən deyib.

O qeyd edib ki, şəhid adından istifadə edib gənclərimizi ölkəmizə və dövlətçiliymizə qarşı aksiyalara çağırış etməyə, ölkədə xaos yaratmaq ucun cəhdlər etməyə ən azı vətəninə qarşı xainlikdən başqa heç bir ad vermək olmaz.

"Mən ailəsindən bir neçə şəhid və itkin vermiş bir gənc kimi bütün Azərbaycan gəncliyini bu cür addımlardan çəkinməyə çağırıram. Bunların məqsədi ədalət deyil, qanımız bahasına əldə etdiymiz müstəqilliyə, bu gün artıq dünya ölkələri arasında böyük nüfuz qazanmış Azərbaycanımıza qarşı olan bir təxribatdır", - Tahirov deyib.

Sizin Reklam Yeriniz