news Image
2013.03.11
10:59
| A A A
Bakının sərnişin avtobuslarında yenilik
Bakının sərnişin avtobuslarında yenilik tətbiq olunur.

Milli.Az-ın məlumatına görə, metronun "28 May" stansiyasından hava limanına işləyən 136 saylı marşrut avtobuslarında artıq sərnişinlər və sürücülər izlənir. Avtobusun salonunda sərnişinlərə və sürücüyə nəzarət üçün kameralar quraşdırılıb. Avtobusun içərisini tam çəkmək imkanına malik olan kameralardan biri salonda, digəri isə sürücü kabinasındadır.


Bundan başqa həmin avtobusda müasir standartlara cavab verən monitorlar quraşdırılıb. Avtobusda olan hər bir sərnişin həmin monitoru görə bilir.


Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zülfiyyə Əlizadə Milli.Az-a açıqlamasında bildirdi ki, avtobuslarda quraşdırılan kamera və monitorlar dünya ölkələrində tətbiq olunan texnologiyadır.


Mərkəz rəsmisinin sözlərinə görə, Bakının sərnişin avtobuslarında quraşdırılan texnologiya NİİM-i tərəfindən test kimi quraşdırılıb.


Z.Əlizadə qeyd etdi ki, kameralar sırf təhlükəsizlik məqsədi daşıyır. Həmin kameraların vasitəsi ilə həmin avtobuslarda sürücülər və sərnişinlərin hərəkətinə nəzarət olunur.

Monitorlara gəlincə, Z.Əlizadə əlavə etdi ki, həmin texnologiya sırf informasiya xarakterli dir. Sərnişin monitor vasitəsilə marşurutun hərəkət istiqaməti həmin vaxtda hansı məkanda olması barədə məlumat əldə edə bilər.


Test olunan texnologiyanın Bakının ictimai nəqliyyatınıda tətbiq olunub-olunmayacağı barədə suala isə Z.Əlizadə cavab vermədi.