Əlaqə Arxiv
news Image
2017.11.15
16:44
| A A A
Metrodakı gecikməyə görə bir neçə vəzifəli şəxs işdən çıxarılıb

Oktyabrın 27-də “Bakı Metropoliteni”ndə səhər saatlarında qatarların gecikməsinə səbəb olan bəzi işçilər töhmət alıb və bir neçə vəzifə şəxs işdən azad olunub.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Movqe.az azvision.az-a  istinadən bildirib ki, metroda baş verən bütün hadisələrlə bağlı komissiya yaradılır, araşdırma aparılır.

“Hadisə varsa, səbəbləri müəyyənləşdirilir. Buna uyğun olaraq da inzibati tənbeh, töhmət verilməsi, işdən çxıarılma, vəzifədən azad edilmə də olur. İşimiz ciddi işdir, burada qeyri-peşəkarlara yer yoxdur və səhlənkarlığa yol verilmir. Çünki biz sərnişinlərin rahat və təhlükəsiz daşınması ilə məşğuluq”. 

Qeyd edək ki, oktyabrın 27-də səhər saatlarında "Bakı Metropolite"ninin qatarlarında gecikmə nəticəsində sərnişin sıxlığı yaşanıb. “Bakı Metropoliteni”n rəsmiləri hadisənin baş verməsinə səbəb kimi, səhər saat 6-da depodan gələn qataraların qəbulunda gecikmə ilə əlaqələndirilmişdi.

Sizin Reklam Yeriniz