Əlaqə Arxiv
news Image
2017.11.15
16:39
| A A A
Məktəblilər arasında şəkərli diabet xəstəliyinin yayılmasında artım var

"Dünyada artım prosesinə uyğun olaraq Azərbaycanda da məktəb yaşlı uşaqlar arasında  şəkərli diabet xəstəliyinin yayılmasında artım mövcuddur".
Movqe.az-ın məlumatına görə, bunu Respublika Endokrinoloji Mərkəzinin endokrinoloqu, Azərbaycan  Diabet Liqasının sədri Yeganə Sultanova 14 Noyabr Ümumdünya Diabet gününə həsr edilmiş brifinqdə deyib. Y.Sultanova bildirib ki, məktəb yaşlı uşaqlar arasında  əsasən I tip diabetə rast gəlinir: "2-ci tip diabetə isə uşaqlar arasında çox nadir hallarda rast gəlinir. Birinci tip diabetdə xəstə insulindən asılı forma olur, ikinci tip diabetdə isə insulinə tələbat olur". 

Y.Sultanova qeyd edib ki, 1-ci tip şəkərli diabetin əlamətləri çox qabarıq üzə çıxır: "Bu halda insulinin tam çatışmazlığından söhbət gedir . Ona görə də,diabetin bütün əlamətləri özünü çox qabarıq biruzə verir. Çox zaman bu simptomlardan uşaqda diabet ola biləcəyindən şübhələnmirdilər. Hətta inanmırdılar ki, uşaqda da şəkərli diabet ola bilər. İndi isə artıq valideynlər, həkimlər mariflənmə vasitəsilə bilirlər ki, əgər uşaq çox maye qəbul edirsə, tualetə tez-tez gedirsə, axşam yerini isladırsa, kəskin arıqlayıbsa, zəifləmə və iştahasızlığı varsa, valideyn üçün siqnaldır. Bu zaman mütləq həkimə müraciət etməlidir”. 
Y. Sultanova deyib ki, hər il "Diabet  Günü" bir şüar altında həyata keçirilir: "Bu il "Diabet Günü"n şüarı “Qadın və diabetdir”.  Bu şüarda qadınların vurğulanması ilə qadınların həyatında diabetin rolu önə çəkilir. Qadın ailədə çox mühim yer tutur. Hətta bu mesaj açarınlardan biri də odur ki, qadının əlinin altında resurs olmalıdır. Əgər o resurs daşıyıcısı olarsa, ailə istiqaməti düzgün seçəcək. Çünki ailədə qidalanma qadının əlindən gəlib keçir. Qadın ailədə düzgün qidalanmanı təmin edərsə, bu ailənin sağlamlığıdır. Əgər fiziki aktivlik və sağlam qidalanma təmin edilərsə, 70 faiz şəkərli diabetin qarşısını almaq olar”.
 

Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz