Ali məktəb prorektorlarının attestasiyası keçiriləcək
Təhsil Nazirliyində 2018-ci ildə ali təhsil müəssisələrinin prorektorlarının attestasiyasının keçirilməsi ilə bağlı qərar qəbul olunub. Movqe.az-ın məlumatına görə, bununla bağlı qərar Təhsil Nazirliyində keçirilən kollegiya iclasında verilib. İclasda həm də Rektorlar Şurasının Əsasnaməsi müzakirə olunduqdan sonra təsdiq edilib.