Əlaqə Arxiv
news Image
2017.11.20
10:36
| A A A
Özünüməşğulluq proqramının icrası genişləndiriləcək- Bu vəsait hesabına

“Özünüməşğulluq proqramının icrası  işsizlikdən sığorta fonduna toplanan vəsaitlə daha da genişləndiriləcək”. Bu sözləri Movqe.az-a açıqlamasında Dövlət Məşğulluq Xidmətinin  Yerli Orqanlarla və Sosial Tərəfdaşlarla iş sektorunun müdiri Kamil Həsənov bildirib. K. Həsənov deyib ki, hazıdra özünüməşğulluq layhəsinə cəlb olunan vətəndaşların sayı 1150 nəfər təşkil edir. Sektor müdirinin sözlərinə görə, özünüməşğulluq proqramı çərçivəsində  vətəndaşların aktivlərlə təmin olunması prosesi davam edir: “Bu layihə bütün rayonları əhatə edir. Respublka üzrə vətəndaşlar bu layihəyə cəlb edilir.  Bildiyiniz kimi, bu məqsədlə 6 milyon ayrılıb. Artıq işsizlikdən sığorta sisteminə keçid əldə edilib. Bununla bağlı işsizlikdən sığorta fondu yaradılıb. İşsizlikdən sığorta fondunun yaradılması  təxminən yığılmış vəsatlərin 40 faizinin, 35, 6 milyon manatının əhalinin özünəşəğulullğunun inkişafı istiqamətinə yönəldilməsinə imkan verəcək”. 
K. Həsənov bildirib ki, işsizlikdən sığorta fonduna yığılan vəsaitdən təkcə özünüməşğulluq layihəsinə maliyyə ayrılmayacaq: “Sığorta ödənişlərinin, aktiv məşğulluq tədbirlərinin, əmək yarmarkalarının, dotasiya layihələrinin, sosial tərəfdaşlarla görüşlərin, subsidiya layihəsinin maliyyələşmələsməsi də işsizlikdən sığorta fonduna yığılmış vəsaitlərin hesabına həyata keçiriləcək”. 
Qeyd edək ki, “İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanunu”n 19-cu maddəsində sığorta vəsaitləri hesabına maliyyələşdirilən tədbirlər öz əksini tapıb.

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz