Əlaqə Arxiv
news Image
2017.11.20
12:15
| A A A
Floradan Zeynəbə tənqid dolu sözlər: "Vicdanın varsa, sus..."

Movqe.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova sosial şəbəkədə yazıb.

Millət vəkili Qənirə Paşayevanın xalq artisti Rasim Balayevə köməkliyini xatırlayan müğənni xalq artisti, millət vəkili  Zeynəb Xanlarovanı tənqid edib. F.Kərimova Xanlarovanın Milli Məclisdə Rasim balayevlə bağlı çıxışını qınayıb:

"Xalq artistini, zorlanan qız uşağını, əsgər anasını, şəhid qəbirini diqqətdə saxlamaq... Budur layiqli övlad olmaq, vəzifəsini yerinə yetirmək və öhdəsindən gəlmək.

 

Keçən həftənin icmalını sirkələyən, 40 ilə yaxın deputat kürsüsünu zəbt edən, xalq artisti Zeynəb Xanlarovanın Rasim Balayev və Azərbaycan müəllimi barəsində dediklərinə göz yuma bilmədim. Susa bildiyim qədər susdum ki, yenə deməsinlər, Flora Kərimova polemika axtarır, qaşınmayan yerdən qan çıxardır və ya kiminsə bostanına daş atır. Bildiyim qədəri ilə inasanın həyatı boyu xasiyyəti dəyişmir, hədəfləri dəyişir. İldə-fəsildə bir fikrə, bir düşüncəyə xidmət eləmək? Əsasən də, 80-dən sonra! Birinci gələk "Şabalıd satan müəllim" mövzusuna. Deyən gərək, qocalaydın ki, ürəyin "yumuşalaydı"!? Pensiya vaxtını azaltdığın, uşaq pulunu kəsdirdiyin, maaşının artırılmasına etiraz etdiyin müəllimləri illər sonra Türkiyədə acınacaqlı görüb halına acıyaydın? Müəllimə bu rəzaləti layiq bilib sonra başını sığallamaq... Kimə gərəkdir? 

Ağbirçək olasan, 25 ilə yaxın müharibə şəraitində yaşayan, dövlətə birbaşa "xidmət" edəsən və bütün titulları alasan, müharibə astanasından, müharibədən dönəsən, yüzə yaxın şəhidin ola, bütün gəncin, qadınlı-kişili könüllü meydanlara çıxa, höküməti dəstəkləyə, sən gedib erməni ilə sülhə qoşulasan?

Bütün milləti, hökuməti nə qədər təhqir etmək olar? Nə qədər özünü mənasız və cılız "yaxşı" göstərib, silahdaşlarıni küçümsəmək olar? Ayıbdır... Vicdanın varsa, sus və heç yaxşılıq eləmə. 40 ildə eləmədinsə, bundan bele də cəht etmə. Bil ki, ziyanın dəyir".

Sizin Reklam Yeriniz