Əlaqə Arxiv
news Image
2017.11.20
12:51
| A A A
ADAU-da tələbələr innovasiya müsabiqəsi barədə məlumatlandırılıb

Azərbaycan Dövlət  Aqrar Universitetində (ADAU) tədqiqatçıların, müəllim və tələbələrin İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan Nümayəndəliyi tərəfindən birgə elan edilmiş İnnovasiya Müsabiqəsi barədə məlumatlandırılması məqsədilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov ADAU-da tələbə gənclərin potensial bilik və bacarıqlarının reallaşdırılması sahəsində görülən işlər, son dövrlərdə beynəlxalq, respublika və şəhər səviyyəsində keçirilən bilik yarışmalarında, müsabiqələrdə əldə olunan uğurlar barədə  danışıb. 

Təşkil olunan görüş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan mühüm tədbirlərdən biri kimi aqrobiznes inkubatorlarının və startapların yaradılması istiqamətində müvafiq vəzifələrin icrası baxımıdan yüksək qiymətləndirilib.

Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri Hüseyn Hüseynov innovasiya müsabiqəsinin BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icrasına dəstək məqsədi ilə elan edildiyini qeyd edib. Eyni zamanda, iqtisadiyyatın dinamik və davamlı inkişafının təmin edilməs, rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması, həmçinin ətraf mühitin mühafizəsinin gücləndirilməsi baxımından innovasiyanın mühüm əhəmiyyət kəsb etdiyini çıxış zamanı iştirakçıların diqqətinə çatdırıb

Tədbirdə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov innovasiyaların vacibliyi və innovativ fəaliyyətinin üçün əhəmiyyətindən bəhs edib.

İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin əməkdaşı Elnur İbrahimov innovasiya müsabiqəsinin məqsədi və şərtləri barədə təqdimatla çıxış etmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Semral Əliyev ASAN xidmətin layihəsi olan “İdea Bank” vasitəsilə layihələrin qəbulu barədə təqdimatla çıxış edib və “İdea Bankın” imkanları haqqında geniş məlumat verib.

Tədbirin sonunda iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.
 

ƏLİHÜSEYN ŞÜKÜROV

Sizin Reklam Yeriniz