Əlaqə Arxiv
news Image
2017.11.20
13:02
| A A A
ADAU-da rektor qalib komandanın üzvlərini mükafatlandırıb

Xəbər verdiyimiz kimi “Heydər Əliyev və Azərbaycan tarixi" IV ümumrespublika bilik yarışında ADAU komandası 2-ci yeri qazanıb. Təhsil müəssisəsinə şöhrət gətirən tələbələr təbii ki, bu uğuru zəngin bilikləri hesabına əldə ediblər.ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov komanda üzvləri ilə görüşündə deyib ki, indi hər tələbə vətəninin tarixini, onun inkişafını təmin edən liderini tanımalı və bilməlidir. Tarixini, milli liderini öyrənməkdən zövq almalıdır. Çünki tarix və onu yaradnlar millətin varlığı, onun gələcəyinə işıqdır.İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov tələbəlrin tarixə marağının, öyrənmək və araşdırmaq istəklərinin güclü olduğunu bildirib və bu yarışmada yer tutanların məhz bu istəklə oxuyanlar olduğunu nəzərə çatdırıb.Demək yerinə düşər ki, Bakıda Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycan tarixi" IV ümumrespublika bilik yarışında ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr səviyyələri üzrə əyani təhsil alan tələbələr iştirak ediblər. Bu dəfəki müsabiqədə 44 ali məktəbin komandası mübarizə aparıb."Heydər Əliyev və Azərbaycan tarixi" ümumrespublika bilik yarışı 2014-cü ildən etibarən hər il keçirilir. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin tədqiqi və gənclər arasında geniş təbliği, Azərbaycan tarixinin öyrənilməsi, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədilə təşkil edilir. Bilik yarışmasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası 35 xalla 1-ci, Azərbaycan Dövlət Aqrar Universiteti 34 xalla 2-ci, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası 33 xalla 3-cü yeri qazanıb.
Görüşün sonunda rektor İbrahim Cəfərov komanda üzvlərini qiymətli hədiyyə və fəxri fərmanlarla mükafatlandırıb, Ulu öndərin  guşəsi önündə xatirə şəkili çəkdirilib.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 

Sizin Reklam Yeriniz