news Image
2013.03.12
15:28
| A A A
Aldanmış mənzil payçılarının problemi birdəfəlik həll oluna bilər
Rövşən Şirəliyev: «Bakı şəhəri ərazisində yeni yaradılmış mənzil tikinti koporativləri haqqında məlumatlar toplanmalıdır» Nüsrət İbrahimov: «Alınan mənzilə görə ödənişin sığortalanması ilə bağlı yeni qanun reallaşsa, çox gözəl olar»

Azərbaycanda yeni tikilən binalarda bir mənzilin bir neçə payçıya satılması ilə yaranan problem hələ də öz həllini tam şəkildə tapmayıb. Ölkədə hazırda mənzil məsələlərilə bağlı 6 mindən çox aldanmış payçılar var. Hansı ki, onların aldıdılmasında 14 tikinti şirkəti iştirak edib. Dövlətin köməyi sayəsində bir qisim aldanmış payçının problemi öz həllini tapıb. Amma yenə də xeyli sayda payçı aldanmış vəziyyətdə qalmaqdadır. Bu səbəbdən hesab edilir ki, məsələyə birdəfəlik son qoyulması üçün konkret addımlar atılmalıdır. Məsələ ilə bağlı hüquqşünas 


 Rövşən Şirəliyev qeyd edir: "Bizim vəkil bürosuna aldanılmış payçılarla bağlı müraciətlər son illər daha çox olur. Əsasən də bir payın bir neçə nəfərə satılması ilə bağlı şikayətlər olur.  Vətəndaş MTK ilə müqavilə bağlayır, mənzil ona təhvil verilir. Bir müddət keçdikdən sonra isə məlum olur ki, həmin pay 1,2,3 hətta 4 nəfərə satılıb. Məlumdur ki, MTK-lara nəzərət edən Bakı Şəhər Icra Hakimiyyətinin Mənzil Koporativ Mənzil Idarəsi fəaliyyət göstərir. Həmin bu idarənində bir funksiyası ondan ibarətdir ki, Bakı şəhəri ərazisində yeni yaradılmış mənzil tikinti  koporativləri  haqqında məlumatlar toplasın. Mən təklif edərdim ki, məlumatların toplanması dedikdə həmin bu idarədə reyestr aparılsın.  Məsələn, bir MTK-da 100 mənzil var və həmin mənzillərin qeydiyyatı aparılsın. BTR-də  forma 1 verildiyi kimi, burada da vətəndaşa mənzil satılanda həmin idarədən mənzilin boş olması, heç kimə satılmaması barədə  arayış  təqdim olunsun. Və beləliklə də vətəndaş əmin ola bilər ki, onun mənzili başqa bir adama satılmayacaq. Əgər digər bir şəxs o cür mənzil üçün müraciət edərsə, artıq ona həmin idarədən məlumat gələcək ki, bu mənzil başqa şəxsina adına sənədləşdirilib. Nəticədə vətəndaş bilə-bilə aldanmaya getməyib, müqaviləni imzalamayacaq". 

Daşınmaz əmlak üzrə ekspert Nüsrət  İbrahimov Mövqe.az-a a açıqlamasında qeyd edir ki, hər hansı bir şəxs MTK-nın tikdiyi mənzillərdən birinin sahibi olmaq istəyirsə, o koporativə üzv kimi daxil olur və pay (üzvlük) haqqı ödəyir: "Gələcəkdə tikintisi başa çatdıqdan sonra həmin mənzilə sahib omaq üçün tərəflər müqavilə bağlayır, ödəniş prosesi reallaşdırılır. Amma o müqaviləni mənzil alan və satan tərəflər imzadayır. Bu halda məsuliyyət sığortası heç bir tərəfə aid edilmir. Hesab edirəm ki, alınan mənzilə görə ödənişin sığortalanması ilə bağlı  yeni qanun reallaşsa, çox gözəl olar, müsbət qarşılanar.  Həmin ödənilən məbləğ sığortalanacaqsa, o zaman vətəndaş da rahat ola bilər, sabah hər hansı problem olarsa sığorta şirkəti tərəfindən vətəndaşa həmin məbləğ olduğu kimi  qaytarılacaq. Sığorta şirkəti o sənədi imzalamamışdan öncə bütün sənədlərin qanuniliyini yoxlayacaq, icra müddətini və icra imkanlarını dəqiqləşdirir sonrakı etapda sığortanı reallaşdırır".

Ekspert bu qanunun daşinmaz əmlak bazarına nə kimi yeniliklər gətirəcəyini də açıqladı: "Təbii ki, bu qanun reallaşsa, bazarda risklərin azaldılmasına maksimum dərəcədə kömək edəcək".