Əlaqə Arxiv
news Image
2017.11.21
13:33
| A A A
Azərbaycan dövləti Rasim Balayevi müalicə üçün Türkiyəyə göndərir

Azərbaycanın xalq artisti Rasim Balayevmüalicə olunmaq üçün Türkiyəyə gedəcək.

Movqe.az xəbər verir ki, bu barədə "Report"a xalq artisti özü məlumat verib.

O, Türkiyəyə noyabrın 22-də yollanacağını, müalicə xərclərinin Azərbaycan dövləti tərəfindən ödəniləcəyini deyib: "İstanbula gedirəm. Müalicə alacağım xəstəxananın adını hələ bilmirəm. İndiyədək demək olar ki, Bakıdakı bütün xəstəxanaları gəzmişəm, hara göndərirdilər ora da gedirdim".

Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var.

Sizin Reklam Yeriniz