Əlaqə Arxiv
news Image
2017.11.21
16:35
| A A A
“Bəkirnamə” kitabının təqdimatı keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent  Esmira Fuadın müəllifi olduğu “Bəkirnamə” kitabının təqdimatını keçirib. Kitab görkəmli ədəbiyyatşünas alim, Azərbaycanın "Şöhrət" və "İstiqlal" ordenli Əməkdar elm xadimi, iki dəfə Dövlət mükafatı laureatı, akademik Bəkir Nəbiyevə həsr olunub. Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli bildirib ki, görkəmli elm xadimi Bəkir Nəbiyev haqqında yazılan çoxsaylı məqalələr və kitablar arasında bu əsərin öncəki mənbələrdən fərqi odur ki, müəllif epizodik şəkildə, bəzi elementlərə istinad edərək elmi publisistik üslübda, hər bir oxucunun anladığı dildə ictimaiyyətə təqdim edir. Bu cür portret kitabların yaradılmasını ədəbiyyatşünaslıq elmində ən vacib məsələlərdən biri hesab edən İsa Həbibbəyli alimin həyat yoluna nəzər salınması, “Bəkirnamə”də onun elmi fəaliyyəti ilə yaşadığı gerçəkliklərin ibrətamiz cəhətlərinin sintez edilməsini və alimin çoxşahəli elmi fəaliyyətinin geniş təhlil olunmasını uğurlu müəllif tapıntısı adlandırıb, “Oğuznamə”də olduğu kimi dastanvari və folklor elementləri ilə zənginləşdirilmiş tam bir Bəkirnamə halında təqdim edilməsini kitabın dəyərini artıran ən ümdə məqamlardan biri olduğuna diqqət çəkib. AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxışında bildirib ki, böyük tarixi şəxsiyyətlər haqqında yazılan namələr - "Şahnamə", "İsgəndərnamə", "Bəhramnamə","Oğuzanamə" - kimi Bəkirnamənin də yazılması çox təbiidir. Namə - öz sahəsində, vətənində, el arasında nüfuz qazanan, müstəsna xidmətləri olan bir insandan soraq verir. “Bəkirnamə”də fenomen bir insanın, zəngin irsə sahib olan elm xadiminin taleyi işıqlandırılır. T.Kərimli Bəkir Nəbiyevin yorulmaz fəaliyyətini, hər bir işçiyə öz doğması kimi yanaşmasını, şəxsi keyfiyyətlərini qeyd edərək onu bir insanlıq, işgüzüarlıq, türkçülük məktəbi adlandırıb. Xalq şairi Sabir Rüstəmxanlı ədəbi tənqid elminin dəyərli bir siması olan Bəkir Nəbiyev haqqında yazılan bu kitabın təqdimat mərasimində iştirak etməkdən məmnun olduğunu bildirib və eyni amal uğrunda düşünən, alimlə çiyin-çiyinə çalışan ədəbiyyat xadimlərinin adlarını sadalayaraq hər birisinin xüsusi çəkisi olduğunu söyləyib. Belə əsərlərin ədəbiyyatşünaslıq tarixində xüsusi dəyər daşığıdını deyi

Sizin Reklam Yeriniz