Əlaqə Arxiv
news Image
2017.11.22
13:00
| A A A
FHN-dən hesabat: 108 nəfər ölüb, 493 yaralanıb

2017-ci ilin 9 ayı ərzində respublika ərazisində 11611 təbii və texnogen mənşəli hadisə baş verib.Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 992 hadisə və ya 9% çoxdur. 

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 56 nəfər həlak olub, 257 nəfər xəsarət alıb, nazirliyin xilasediciləri tərəfindən 95 nəfər xilas edilib, 925 nəfər təxliyə olunub.

9 ay ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 11433 çıxış edilib. Yanğın hadisələri zamanı 39 nəfər ölüb, 165 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 10 nəfər və ya 34%, xəsarət alanlar üzrə 45 nəfər və ya 38% çoxdur.

2017-ci ilin 9 ayi ərzində respublika ərazisində 59 partlayış hadisəsi baş verib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 17 hadisə və ya 40% çoxdur. Partlayışlar zamanı 13 nəfər həlak olub, 71 nəfər xəsarət alıb.

Sizin Reklam Yeriniz