Əlaqə Arxiv
news Image
2017.11.22
13:50
| A A A
Qaçqınkom böhtanla bağlı bəyanat yaydı-"Şər-böhtan, qərəzli və şantaj xarakterli yazılar yayır"

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi "Palitika.az" xəbər portalının Komitəyə qarşı qərəzli, şantaj xarakterli yazılar yazdığı barədə məlumat yayıb. Movqe.az-ın  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmi saytına istinadən xəbərində bldiririlir ki, “Palitika.az” xəbər portalının rəhbəri, əslən Ağdam rayonundan olan Xəyyam Salmanzadə mütəmadi olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətinə xələl gətirməyə hesablanmış şər-böhtan, qərəzli və şantaj xarakterli yazılar yayır.

Xəyyam Salmanzadə həmçinin məcburi köçkünlər üçün salınmış qəsəbələrə getmiş, orada məcburi köçkünlər arasında siyasi sabitliyi pozmaq, təbliğat aparmaqla dövlətə qarşı süni şəkildə narazılıq yaratmaq və s. kimi hallara xidmət edən təxribatçı hərəkətlərə yol vermiş və sakinləri bu işə cəlb etməyə cəhd göstərmişdir. 
Qeyd etmək istəyirik ki, bütün bunlarla yanaşı Xəyyam Salmanzadə şəhid ailəsi kimi dövlət tərəfindən Bərdə rayonu ərazisində ona verilmiş 3 otaqlı mənzili başqa bir vətəndaşa qeyri-qanuni olaraq sövdələşmə yolu ilə vermişdir.Lakin tərəfimizdən Xəyyam Salmanzadəyə bunun qanunsuz olduğu və lazımi tədbirin görüləcəyi bildirilmişdir.
Xəyyam Salmanzadənin qanunsuz istəyi baş tutmadığı üçün bunlara cavab olaraq Komitənin nüfuzdan salınması üçün hər cür hərəkətlər edəcəyini bildirmişdir.
Onu da qeyd etmək istəyirik ki, “Palitika.az” xəbər portalının rəhbəri Xəyyam Salmanzadənin müxtəlif dairələr tərəfindən idarə olunduğu da artıq bizə məlumdur.
Əlavə olaraq bildiririk ki, Xəyyam Salmanzadə əvvəllər iki xəbər portalının sahibi olub və reketçilik etdiyi üçün həmin xəbər portalları bağlanıb.İndi isə “Palitika.az” xəbər portalı ilə reketçiliyini davam etdirir.
Bütün bunları nəzərə alaraq, “Palitika.az” xəbər portalı və onun rəhbəri ölkəmizdə olan ictimai-siyasi sabitliyi pozmaq və məcburi köçkünlər arasında bu cür təxribatçı hərəkətlər etdiyi üçün Azərbycan Mətbuat Şurası və aidiyyəti hüquq mühafizə orqanları tərəfindən lazımı tədbirlərin görülməsini xahiş edirik.

Sizin Reklam Yeriniz