Əlaqə Arxiv
news Image
2017.11.22
14:50
| A A A
Azərbaycanda daha bir ana ölümü

Gəncədə uşaq dünyaya gətirən ana vəfat edib. APA-nın məlumatına görə, Samux rayon sakini, 1988-ci il təvəllüdlü Gülmirə Sədrəddin qızı Eyyubova dünən Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxananın doğum şöbəsində qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib.
 
Əməliyyatdan bir neçə saat sonra - gecə saatlarında qadının vəziyyəti pisləşib və o, dünyasını dəyişib.
 
Məlumata görə, bu, G. Eyyubovanın 3-cü övladı olub.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz