Əlaqə Arxiv
news Image
2017.11.22
21:00
| A A A
İranda çörək və dərman preparatları bahalaşıb

İranda çörək və dərman preparatlarının qiyməti bahalaşıb. APA-nın Tehran bürosunun məlumatına görə, çörəyin qiymətində artım təqribən 15 faiz təşkil edir.

Çörək bişirmə sexləri bu gündən yeni qiymətlərlə çörək satır.  Çörəyin qiyməti 3 il ərzində sabit qalıb.
 
Dərman preparatlarının bahalanmasına gəldikdə isə İran Səhiyyə Nazirliyinin dərman və ərzaq məhsulları üzrə təşkilatının rəhbəri Qulamrza  Əsğəri deyib ki, artım 15 növ dərman preparatını əhatə edib. Onun sözlərinə görə, bunun səbəbi inflyasiyadır.
 
Dərman preparatlarının qiymətinin 9 faiz artacağı gözlənilir. Hazırda müvafiq artım 3 faiz təşkil edir. 

Sizin Reklam Yeriniz