Əlaqə Arxiv
news Image
2017.11.23
11:25
| A A A
Yunanıstanda 45 mühaciri daşıyan gəmi itib

Yunanıstanın Sahil Mühafizə Xidməti Pilos yaxınlığında itmiş gəminin axtarışlarına başlayıb. Trend-in məlumatına görə, ölkə Fövqəladə Xidməti gəmidə 45 mühacirin olması barədə xəbər yayıb.

Yerli KİV-in verdiyi məlumata görə, gəmidəki mühacirlərdən biri telefonla ölkənin "112" fövqəladə xidməti ilə əlaqə saxlayarq gəminin mühərrikinin sıradan çıxması barədə məlumat verib və kömək istəyib.

Hazırda gəminin axtarışlarına Sahil Mühafizə Xidməti ilə yanaşı, hərbi aviasiya da qoşulub.

 

Sizin Reklam Yeriniz