Əlaqə Arxiv
news Image
2017.11.23
16:18
| A A A
“Aslan İsmayılov yenə öz təxəyyülünü işə salıb”

Cari ilin iyul ayında vəkil Aslan İsmayılov  sosial şəbəkədəki səhifəsində Bakı şəhərinin mərkəzində park salması ilə bağlı video müraciətlə çıxış etmişdi. O burada ağaclar əkdiyini və böyük park saldığını bildirmişdi.

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq açıqlama verilmiş, bu ərazudə ölkə başçısının tapşırıqlarına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səbail Rayon İcra Hakimiyyəti tərəfindən yaşıllıqlar zonası və meşə zolağının yaradılması işlərinin aparıldığı, yeni “Ekoloji park”in yaradıldığı qeyd olunmuşdu. Video materialda da burada işlələrin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən, nazirliyin texnikası cəlb olunmaqla aparıldığı aydın görünürdü. 
Bir neçə gün əvvəl Aslan İsmayılov yenə də sosial şəbəkədə məlumat yayaraq Bayıl yamacındakı ərazıdə əkilən ağaclara qulluq göstərməsını göstərib, burada əkilən və yay aylarında gündəlik sulanıb qulluq göstərilən ağacları öz əməyinin nəticəsi kimi qələmə verib. 
Çox təəccübludür ki, hüquqşünas kimi Aslan İsmaylov gözəl bilir ki, Bakı şəhərinin mərkəzində park və ya bağ salınması Qanunlarla tənzimlənir, bunun üçün müvafiq icra qurumlarının qərarı olmalıdır. Sürüşmə zonasına aid bu ərazidə  əkilən ağac və yaşıllıqlara gündəlik qulluq olunması, suvarılması, saxlanılması üçün işçi qüvvəsi,  texnika və vəsait tələb olunur və ərazidə ağaclara qulluq, yaşıllaşdırma işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətləri tərəfindən həyata keçirilir. Burada ağaclara su Baki Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma İdarəsinin su mənbəyndən verilir və bunun üçün vəsait dövlət tərədindən ödənilir. 
Məlumdur ki, tək bir təxəyyül və pafoslu danışiqla bura nə su gətirmək olar, nə də ağac əmək. Ölkəmiz hüquqi dövlətdir. Heç kim özbaşına, istədiyi yerdə cənab A.İsmayılov kimi nə budka qoya bilər, nə də ərazi zəbt edə bilər.  Belə özbaşnalığa yol verilə bilməz. 
Bizim fikrimizcə, zəngin fantaziyalı Aslan İsmaylov bu məlumatı paylaşmalarla gələcəkdə park salma adı altında ərazini zəbt etmək, burada hansı bir obyekt ya da resyoran açmaq planlarını həyata keçirməyi düşünür. Bu zaman da öz təxəyyülünü işə salır. Bu da çox böyük təəccüb doğurur. 

Sizin Reklam Yeriniz