Əlaqə Arxiv
news Image
2017.11.23
17:36
| A A A
Şotlaniyada "Kəsişən yollar: Azərbaycan, neft və Şotlandiya" tədbiri keçirilib

 Şotlandiyanın Aberdin şəhərində “Kəsişən yollar: Azərbaycan, neft və Şotlandiya” mövzulu interaktiv tədbir keçirilib. Tədbir Şotlandiyada fəaliyyət göstərən “Buta Azərbaycan-Şotlandiya Assosiasiyası”nın təşəbbüsü, Britaniyadakı Azərbaycan səfirliyinin və Aberdin Universitetində oxuyan azərbaycanlı tələbələrin dəstəyi ilə təşkil olunub. Tədbiri “Buta”nın sədri Nərgiz Morrison giriş sözü ilə açaraq, qonaqları salamlayıb və Azərbaycandakı müasir inkişafdan bəhs edib. O, tədbirin keçirildiyi məkanda Azərbaycan haqqında kitab, jurnal, fotoalbom və broşürlər iştirakçıların ixtirayına verilib. Tədbirin proqramında çıxış edən Zaur Müslümov, öz çıxışında Azərbaycanın ağrılı məqamlarına toxunaraq, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının erməni işğalçıları tərəfindən zəbt olunması və bir milyon qaçqınların aqibəti haqqında məlumat verib. Daha sonra qonaqlara Azərbaycan və Şotlandiya haqqında prezentasiya nümayiş etdirilib. Prezentasiyada Azərbaycanın zəngin tarixi və mədəniyyəti, son dövrlərdə həyata keçirilən iqtisadi islahatlar, ölkədəki mövcud dini dözümlülük və multikulturalizm mühiti, bütün ölkələrlə beynəlxalq əməkdaşlığa dair prinsiplərə sadiqlik, idman və mədəniyyət sahəsində keçirilmiş beynəlxalq tədbirlər barədə məlumat yer alıb. Tədbirdə çıxış edən Fuad Ələkbərov, 2017-ci ildə Şotlandiya parlamentinin Xocalı soyqırımını tanınması və Şotlandiyada yaşayan Azərbaycan diasporu haqqında məlumat verib. Tədbir böyük müvəffəqiyyətlə keçmiş, şotlandiyalı və xarici qonaqların Azərbaycan mədəniyyətinə böyük marağına səbəb olmuşdur. Təqdimatla bağlı təəssüratlarını bölüşən tədbir iştirakçılarının bir çoxu Azərbaycan barədə öyrəndiklərinin onlar üçün böyük bir yenilik olduğunu bildirərək, bu ölkəyə səyahət etmək və daha yaxından tanış olmaq istəklərini bildiriblər

Sizin Reklam Yeriniz