Əlaqə Arxiv
news Image
2017.11.23
18:12
| A A A
Göyçayda piyadanı vurub qaçan sürücünün kimliyi müəyyən edilib

Göyçayda piyadanı vurub qaçan sürücünün kimliyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 21-də Göyçay RPŞ-yə rayon mərkəzi xəstəxanasından Potu kənd sakini Cavad Kərimovun naməlum avtomobil tərəfindən vurulması nəticəsində xəsarət alması ilə bağlı məlumat daxil olub.

RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədənin rayonun Hüngütlü kənd sakini Mobil Fərəcov olması müəyyən edilib. Araşdırmalarla məlum olub ki, Mobil Fərəcov noyabrın 21-də axşam saatlarında Göyçay-Ucar avtomobil yolunun Potu kəndi ərazisində hərəkətdə olarkən ehtiyatsızlıqdan piyada C.Kərimovun topuq nahiyəsindən ona xəsarət yetirib və hadisə yerindən uzaqlaşıb. Hadisəni törədərkən sürücünün sərxoş olduğu, eləcə də sürücülük hüququ olmadan avtomobili idarə etdiyi aşkar edilib.

Faktla bağlı Göyçay RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Sizin Reklam Yeriniz