Əlaqə Arxiv
news Image
2017.11.24
17:57
| A A A
"Gəncləri özbaşına qoyanda, belə olur" - Mübariz Tağıyev - VİDEO

Gənc rokçu, aktyor Vüsal Rzasoyun ifası gündəmə çevrilib. Onun ləhcə ilə oxuduğu rok janrındakı mahnısına sənət adamları da biganə yanaşmayıb. Kimisi gənc rokçunu qınayıb, kimisi isə onun roka yeni bir nəfəs gətirdiyini bildirib.

Movqe.az xəbər verir ki, həmin ifa ilə bağlı milli.az-a danışan xalq artisti Mübariz Tağıyev bildirib ki, gənclər nəzarətsiz qalanda, özləri nəsə yaratmaq istəyəndə nəticəsi belə olur:

"Cavandırlar, bunlar heç rokun nə olduğunu bilmirlər. Sadəcə olaraq mərifətsizlikdir. Bir deyən də yoxdur ki, bu düzgündür, ya düzgün deyil. Əslində mən onları qınamıram. Bizdə elə bir mərkəz olmalıdır ki, bu şəxsləri orada kimsə öyrətsin. Elə sahələr var ki, onlara fikir vermirik. Rok gənclərin sevdiyi bir istiqamətdirsə, diqqət ayrılmalıdır. Bütün ölkələrdə klublarda və yaxud hansısa mərkəzdə bu istiqaməti bilən insanlar var. Belə gənclərə istiqamət verirlər, düzəlişlər edirlər. Yəni bizdə belə şeylər yoxdur, bunlar öz başına nəsə düzəldirlər, axırı da belə olur".

Müğənni Murad Arif isə gənc rokçuya dəstək olub:

"Rok sosial mesajdırsa, o qardaş əsl rokçudur! Lağ edirsiniz... Halbuki bütün cəmiyyətə yerində verilmiş sualdır... "Aye, hara gesssen, aye...?!" - düşünün... Onun ləhcəsi də yerində istifadə olunub, təsadüfən seçilməyib o ləhcə".

Qeyd edək ki, Vüsal Rzasoyun sosial şəbəkələrdə yayılan "Aye, hara gesssen, aye...?!" adlı ifası gülüş hədəfinə çevrilib. O, mətbuata açıqlamasında ifası ilə sosial mesaj vermək istədiyini bildirib.

Sizin Reklam Yeriniz