Əlaqə Arxiv
news Image
2013.03.13
12:35
| A A A
Gülər Əhmədova ifadə verməkdən imtina etdi-Eksklüziv
"Gülər Əhmədova Elşad Abdullayevin yaydığı videomaterialla bağlı ifadə verməkdən imtina edib. Martın 9-da da sabiq millət vəkili onu dindirməyə gələn müstəntiqə bu qərarını bildirib ki, o, gizli çəkilmiş, montaj olunmuş videomaterialı sübut saymır. Bu Gülər Əhmədovanın qəti fikridir".
Bu məlumatı Movqe.az-a Gülər əhmədovanın vəkili Rakif Mustafayev verib. Onun sözlərinə görə, Gülər Əhmədova bildirib ki, qanunvericiliklə bu video sübut kimi qəbul oluna bilməz: "Müdafiə etdiyim şəxs özünü günahkar hesab etmir. Haqlı olaraq ondan bu videomaterialla bağlı ifadə alanlardan tələb edir ki, Elşad Abdullayev özü gələrək bu barədə öncə ifadə verməlidir. Yalnız bundan sonra Gülər Əhmədova bu məsələ ilə bağlı ifadə verəcək. Hesab edirik ki, Elşad Abdullayevin yaydığı video sübut kimi götürülməsi qanunvericiliklə yasaq olduğundan, onun ətrafında toplanan törəmə dəlillər də sübut sayıla bilməz. Odur ki, Gülər Əhmədova Elşad Abdullayevin yaydığı videomaterialla bağlı heç bir ifadə verməyəcək". 
 
Sizin Reklam Yeriniz