news Image
2013.03.14
10:53
| A A A
İmtahana hansı sənədlər tələb olunur?

Martın 17-də respublikanın bütün peşə liseylərində buraxılış imtahanları keçiriləcək. Bu barədə Movqe/az-a TQDK-nın mətbuat Xidmətindən məlumat verilib.

23 şəhər və rayonda keçiriləcək imtahanlarda 4910 məzunun iştirakı nəzərdə tutulur. İmtahanları idarə etmək üçün 38 imtahan rəhbəri, 428 zal nəzarətçisi ayrılıb.İmtahanlar eyni vaxtda, 12:00-da başlayacaq.

Şagirdlər buraxılış vərəqələrini "Şagird-Məzun"sistemi"nə daxil olub çap edə bilərlər.

İimtahan prosesi ilə bağlı vacib tövsiyələrlə, qaydalarlalar və digər zəruri məlumatlarla"Yaddaş kitabçası"nda tanış olmaq mümkündür.

İmtahana buraxılış vərəqəsi,şəxsiyyəti təsdiq edən sənədin əsli, şəxsiyyət vəsiqəsi, əcnəbilərin şəxsi pasportları və ya icazə vəsiqələri, vətəndaşlığı olmayan şəxslər in şəxsiyyət vəsiqələri və ya icazə vəsiqələri, qaçqın statusu almış xarici vətəndaşların və onların ailə üzvlərinin isə qaçqın vəsiqələri gətirilməlidir.

Buraxılış imtahanları 2 fənn üzrə - ana dili və riyaziyyat fənlərindən olacaq. 2 saat çəkəcək. Hər fənn üzrə 30 test tapşırığı (cəmi 60 sual) nəzərdə tutulub və bu sualların cavablandırılmasına 1.5 saat vaxt ayrılıb. Son 30 dəqiqə isə imtahan iştirakçıları təqdim olunacaq mövzu üzrə yazı işini yerinə yetirməlidirlər.

Test suallarının hər biri 1 balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı işinin nəticəsi balla qiymətləndirilmir.