Əlaqə Arxiv
news Image
2017.12.07
14:00
| A A A
"Yol terroru" 181 nəfərin canını aldı - SON STATİSTİKA

Bu il yanvarın 1-dən dekabrın 2-dək Bakı şəhəri üzrə 574 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, hadisələr nəticəsində 181 nəfər ölüb, 512 nəfər xəsarət alıb. O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 84 hadisə, 20 ölüm, 160 xəsarət faktı azalıb, eyni zamanda, xəsarət dərəcələri yüngülləşib: “Bu, dövlət yol polisi əməkdaşlarının məqsədli keçirdikləri tədbirlərin nəticəsidir”.

Sizin Reklam Yeriniz