news Image
2017.12.07
16:00
| A A A
Nazirliyə bir ayda 10 min müraciət edilib

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində bu ilin noyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.  Təhsil Nazirliyindən Movqe.az-a  bildiriblər ki, ay ərzində həmin mərkəzlərə ümumilikdə 14 min 60 müraciət daxil olub. Telefon Məlumat Mərkəzində 10 min 829 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 min 231 nəfərə xidmət göstərilib.

 

Hər iki mərkəzə daxil olmuş müraciətlər əsasən sorğu xarakterli olub. Müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib. Vətəndaşların Qəbulu Mərkəzində 1557 sənəd (750 məktub, 589 ərizə, 218 digər sənəd) qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), şagirdlərin bir məktəbdən digərinə köçürülməsi və dərs saatlarının verilməsi ilə bağlı məsələləri əhatə edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs