Əlaqə Arxiv
news Image
2013.03.14
11:09
| A A A
Bakının mərkəzində bina hasarlandı
Bakının mərkəzində yaşayış binası hasarlanıb. Movqe.az-in məlumatına görə, Səbail rayonu ərazisində, Zərifə Əliyeva və Neftçilər prospektlərinin arasında yerləşən beşmərtəbəli binaya hər tərəfdən lövhə çəkilib. Binanın fasad hissəsində dəmir konstruksiya quraşdırılıb. Bunun nəticəsində Z.Əliyeva prospektinin sonu bağlanıb.


Səbail Rayon İcra Hakimiyyətindən Movqe.az-a bildirildi ki, həmin binada fasadlama işləri aparılacaq. Bu səbəbdən binanın ətrafı sakinlərə narahatlıq yaratmaması və təmizlik üçün lövhə ilə örtülüb. İşlərin qısa zamanda başa çatdırılması nəzərdə tutulub.

Sizin Reklam Yeriniz