Əlaqə Arxiv
news Image
2017.12.12
11:13
| A A A
Bakı-Sumqayıt qatarlarına əlavə heyət qoşuldu

Bakı-Sumqayıt qatarlarına əlavə heyət qoşulub.

Movqe.az bildirir ki, bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, Bakı-Sumqayıt-Bakı istiqamətində sərnişin sıxlığının tənzimlənməsi məqsədilə dekabrın 15-dək (15-i daxil olmaqla) Bakıdan saat 18:30-da yola düşən 6013 nömrəli, Sumqayıtdan saat 07:45-də yola düşən 6006 nömrəli Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşularaq, birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir.

Sizin Reklam Yeriniz