Əlaqə Arxiv
news Image
2017.12.13
14:44
| A A A
Bakıda daha bir yeni bina sakinləri "Kütləvi çıxarış" kampaniyasından yararlanıblar

Bakıda daha bir yeni inşa edilən binanın sakinləri “Kütləvi çıxarış” kampaniyasından yararlanıblar.

Bu barədə Movqe.az-a  Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Komitə tərəfindən bu gün keçirilən “Kütləvi çıxarış” kampaniyası çərçivəsində Yasamal rayonunda yerləşən ”A.M.K” Yasamal MTK tərəfindən inşa edilən yeni tikilinin sakinlərinə mənzillərinə dair hazır çıxarışlar təqdim olunub. Kampaniya birbaşa yaşayış binasının həyətində baş tutub və sakinlər bu çıxarışları heç bir ünvana getmədən komitənin mobil ofislərində əldə ediblər. Bu sosial addım nəticəsində vətəndaşlar gündəlik fəaliyyətindən ayrılmadan öz əmlakı üzərində mülkiyyət hüququnu təsdiq edən sənədə yiyələnmiş olub. Keçirilən kampaniya çərçivəsində 40-a yaxın sakinə mənzillərinə dair çıxarışlar təqdim olunub. Eyni zamanda, kampaniya keçirilən müddətdə vətəndaşlardan mənzillərə dair çıxarışların verilməsi üçün birbaşa ünvanlarda ilkin hüquq-müəyyənedici sənədlər də qəbul edilib.

Qeyd edək ki, ümumilikdə 60-dan çox “Kütləvi çıxarış” kampaniyası keçirilib. Cari il ərzində isə bu rəqəm 19-dur. Bütövlükdə baş tutan bu sosial tədbirin 12-si paytaxtda, 52-i isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutub. Start verildiyi gündən indiyədək 11 mindən çox vətəndaş kampaniyadan faydalana bilib. Eyni zamanda, ahıl, fiziki məhdudiyyətli insanlar üçün belə xidmətlər birbaşa onların evlərində göstərilib.

Sizin Reklam Yeriniz