Əlaqə Arxiv
news Image
2017.12.13
15:56
| A A A
"Qızım ürək tutmasından ölüb" - İntihar etdiyi deyilən 24 yaşlı qızın anası

Movqe.az lent.az-a istinadən xəbər verir ki, bu barədə bir neçə gün əvvəl intihar edərək dünyasını dəyişməsi haqda məlumat yayılan Əda Zeynalovanın anası Nigar Zeynalova deyib. 

O bildirir ki, qızının intihar etməsi ilə bağlı xəbər həqiqəti əks etdirmir: "Mətbuatda yazılıb ki, guya atası yeni rəhmətə getdiyi üçün qızım dözməyib intihar edib. Yalandır. Qızımın atası Vahid Zeynalov 3 il əvvəl rəhmətə gedib. Düzdür, Əda bundan sarsılmışdı, amma o ağır dövrü çoxdan keçirmişdi. Dərslərinə gedib-gəlirdi. Üstəlik, deyilir "Elmlər Akademiyası"nda olub hadisə, halbuki biz "Sovetski"də yaşayırıq".

 

Qeyd edək ki, mərhum UNEC-də MBA proqramı üzrə magistr təhsili alırmış. Qrup yoldaşları da bildirirlər ki, Ə.Zeynalova sonuncu günədək dərslərdə iştirak edib, əhval-ruhiyyəsi normal olub. Ana xəbəri verən bütün KİV-lərdən xahiş edir ki, yanlış məlumatı ləğv etsinlər: "Neçə gündə yasa başım qarışıb, indi bilmişəm belə xəbərlərin yayıldığını. Bu, mənə çox pis təsir edir. Mənim qızım ağıllı, düşüncəli qız idi, intihar edəcək bir səbəbi yox idi. Evdə rəhmətə gedib, mən, anam və oğlum yanında olmuşuq. Qəfil tutması tutdu, təcili yardım çağırdıq, kürəyi qaralmışdı, həkim də dedi ki, ürək tutmasıdır".

Sizin Reklam Yeriniz