Əlaqə Arxiv
news Image
2017.12.15
11:37
| A A A
Paytaxtda yaşayış binasında və anbarda yanğın olub

Paytaxtda yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 36 kv.m olan 1 otaqlı mənzilin dəhlizinin tavanı 1 kv.m sahədə və binaya bitişik ümumi sahəsi 200 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanıb.

Mənzilin və anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Sizin Reklam Yeriniz